Sosial şәbәkәlәrdәn kimlər niyә istifadә edir? 13 səbəb

grey - Sosial şәbәkәlәrdәn kimlər niyә istifadә edir? 13 səbəb

Sosial şәbәkәlәrdәn hansı mәqsәdlәrlә istifadә edilmәsi әsas maraq doğuran mәsәlәlәrdәn biridir. Bәzilәri bundan yalnız avara adamların istifadә etdiyini düşünür. Bәzilәri isә müxtәlif mәqsәdlәr üçün sosial şәbәkәlәrdәn istifadә etdiyini bildirir.

Marmara Universitenin professoru Emine Çobanoğlu  740 nәfәr arasında apardığı araşdırma nəticəsində sosial şəbəkələrdən istifadə səbəbləri olaraq 13 kateqoriya yaradıb (Araşdırmanın tam versiyası). Kateqoriyalara baxdıqda elə bizdə də bənzər məqsədlərin olduğunu görürük.

  1. Ünsiyyət qurmaq. Ən geniş yayılmış səbəb istifadəçilərin virtual ünsiyyət qurması ilə bağlıdır. İnsanlar ailə üzvləri, dostları, iş yoldaşları ilə sosial şəbəkələr vasitəsilə ünsiyyət qurur.
  2. Kəşf etmə və “gündəlik” tutmaq. O vaxtlar əksər insanların “gündəliyi” olurdu, ora qeydlərini aparırdı. Artıq sosial media istifadəçiləri yeni yerlər, yeni şeylər kəşf etmək və bunu sosial şəbəkələrdə  paylaşmaqla”gündəlik” kimi istifadə edirlər.
  3. Gündəmi izləmək. Sosial medianın əsas üstünlüklərindən biri informasiyanın sürətli ötürülməsi imkanının olmasıdır. İstifadəçilərin böyük əksəriyyəti gündəmi izləmək üçün məhz sosial mediadan istifadə edirlər.
  4. Karyera qurmaq. Əsasən Linkedin, müəyyən səviyyədə də Facebook və digər sosial şəbəkələr insanlara karyera qurmaq imkanları verir ki, bundan da geniş istifadə olunur.
  5. “Vaxt öldürmək”. Bəli, deyildiyi kimi, sosial şəbəkələrdən avaralanmaq, “vaxt öldürmək” üçün istifadə edən şəxslər də var.
  6. Şəbəkə yaratmaq. Sosial medianın verdiyi imkanlardan biri də virtual həyatda real həyata nisbətdə daha sürətli şəbəkə (networking) qurmaq imkanıdır. Mən şəxsən bunu faydasını çox görmüşəm.
  7. Şirkətlərə reaksiya vermək. Bəzi istifadəçilərin sosial şəbəkələrdə əsas işi şirkətlərin paylaşımlarına münasibət bildirməkdir.
  8. Dəb olduğu üçün istifadə. İstifadəçilərin bir qismi etiraf edir ki, sosial şəbəkələrdən dostları istifadə etdiyi üçün, dəb olduğu üçün, onlara “geridəqalmış” deyilməsin deyə istifadə edirlər.
  9. Nəzarət/Müşahidə. Sosial şəbəkələr həm də dostlarını, tanışlarının fəaliyyətini, “nə yeyib, nə içdiyini” izləmək üçün əlverişli şərait yaradır.
  10. Koordinasiya. Sosial şəbəkələr vasitəsilə tədbirlər təşkil etmək, nəzarət etmək də populyar istifadə səbəblərindəndir.
  11. Gündəlik problemlərdən “qaçmaq”. İstifadəçilərin həm də gündəlik problemlərdən qaçmaq sosial mediadan istifdə etdiklərini deyirlər.
  12. Əyləncə. Sosial media istifadəçiləri yuxarıdakı səbəblərlə yanaşı musiqi dinləmək, oyun oynamaq, əyləncəli videolar izləmək üçün də sosial şəbəkələrdə kifayət qədər vaxt keçirirlər.
  13. Özünüifadə. Sosial şəbəkə insanlara özünüifadə üçün böyük imkanlar verir. Real həyatda bəlkə heç vaxt 50 nəfər önündə çıxış etməmisiniz, amma sosial şəbəkədə 50 min insana mesaj verə bilirsiz.

Öncəki bloq yazılarımda bir neçə dəfə bu mövzuya toxunmuşam. Yenə qeyd etmək istəyirəm ki, sosial şəbəkələr bu gün bizə həddindən çox imkanlar verir. Bu imkanları dəyərləndirdikdə həm şəxsiyyət olaraq, həm karyera olaraq çox irəli getmək mümkündür.

Əksi mümkündürmü? Bəli! İnsan işini gücünü atıb, sosial mediada yatacaqsa, çox şey itirəcək. Buna görə də hər bir istifadəçi kompüter/telefon önündə özünü idarə etməyi bacarmalı, sosial mediadan planlı şəkildə istifadə etməlidir.

 

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Sharing is caring!

Post Author: Orxan Rzayev