Uber Bakıda 2 yaşını qeyd edir – 200 dəfədən çox Uber sifarişində gördüklərim

  Düz 2 il öncə, 2015-ci ilin 23 aprel tarixində bloqumda yeni yazı dərc etmişdim. Dünyada populyar olan, demək olar hər gün haqqında texnologiya və biznes portallarında xəbər gördüyümüz bir “startap”ın Bakıda fəaliyyətə başlaması, təbii ki, maraqlı idi. Elə o bloq yazımda da qeyd etmişdim ki, Uberin bazara daxil olması Bakıda taksi fəaliyyətində rəqabətin artmasına […]