orkhanrza com riffle twitter cover - Twitter istifadəçilərini daha yaxından tanımaq istəyirsiz?
İnfoqrafikaKreativTexnologiyaTwitter

Twitter istifadəçilərini daha yaxından tanımaq istəyirsiz?

Baxış

Twitter istifadəçilərini daha yaxından tanımaq istəyirsiz?

Ölkədə populyar sosial şəbəkələrdən olan Twitter’də izlədiyimiz insanlar haqda məhdud məlumata malikik. Twitterin verdiyi imkanlar istifadəçinin izlədiyi insanların sayını, onu izləyənlərin sayını, Favorite etdiyi tvitləri görməyə imkan verir. Amma bir neçə maraqlı tətbiq və əlavələr mövcuddur ki, bizə istifadəçilər haqda daha geniş məlumat almaq imkanı verir.

Riffle bunlardan biridir. Google Chrome üçün çox maraqlı bir əlavə’dir. Chrome’a bu tətbiqi yükləyin.

orkhanrza com riffle twitter 1 1024x538 - Twitter istifadəçilərini daha yaxından tanımaq istəyirsiz?

orkhanrza com riffle twitter 2 300x126 - Twitter istifadəçilərini daha yaxından tanımaq istəyirsiz?Yüklədikdən sonra quraşdırın. Chrome’da sağ yuxarı paneldə Riffle ikonunu görəcəksiniz. O deməkdir ki, Riffle artıq aktivdir.

Bundan sonra Twitter profilinizi açın. Siz Timeline’da çıxan istifadəçilərin adlarının qarşısında həmin bu Riffle ikonunu görəcəksiniz.

orkhanrza com riffle twitter 3 1024x489 - Twitter istifadəçilərini daha yaxından tanımaq istəyirsiz?

O ikona klikləyəndə ekranın sağ tərəfində həmin istifadəçi haqda statistik məlumatlar çıxacaq: istifadəçinin gündəlik yazdığı tvit sayı, tvitlərinə gələn RT və FAV sayı, ən çox istifadə etdiyi haştaq, ən çox mention yazdığı istifadəçilər və s.

orkhanrza com riffle twitter 4 1024x489 - Twitter istifadəçilərini daha yaxından tanımaq istəyirsiz?

Daha maraqlısı, siz, deyək ki, istifdəçinin ən çox istifadə etdiyi hansısa haştaqa klikləyəndə o istifadəçinin həmin haştaqla yazdığı tvitlərin siyahısını görəcəksiz.

orkhanrza com riffle twitter 5 1024x489 - Twitter istifadəçilərini daha yaxından tanımaq istəyirsiz?

Və ya istifadəçinin ən çox yazışdığı insanların hansınasa klikləyəndə həmin insana yazdığı tvitlərin siyahısını görəcəksiniz.

Düşünürəm ki, maraqlı bir tətbiqdir. Artıq Twitter istifadəçiləri haqda əlavə informasiya əldə etmək bu qədər sadədir. Buyurun, buradan yükləyin və kimi istəyirsiz “incələyin” :)

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:
Orxan Rzayev
MüəllifOrxan Rzayev