Artıq UBER’imiz dә var

Dünyanın әn böyük online taksi xidmәti UBER Bakıda fәaliyyәtә başladı. Dünyanın 60’dan çox ölkəsində 300’ə yaxın şəhərdə fəaliyyət göstərən “startup”ın dəyəri 40 milyard dollardan çox qiymətləndirilir.

Uber’in Bakıda ilk sifarişi Әli Hacızadә (Hajizade Group) vә Fәrid İsmayılzadədən (Goldenpay) gәldi vә onların sosial şәbәkәlәrdә bu haqda paylaşımlarından sonra mövzu aktuallaşdı. Maraqlı diskussiya xidmәt haqqının baha olub-olmaması ilә әlaqәdar idi. “189” taksi xidmәtinin, hәmçinin son aylarda fәaliyyәtә başlamış digәr online taksi sifarişi xidmәtlәrinin Uber’dәn daha ucuz olmasını qeyd olunurdu. Elәdirmi? Bәli. “189” taksi xidmətindәn mütәmadi istifadә edirәm, operativliyinә vә qiymәtinin sәrfәliliyinә görә çox bәyәnirәm. Hətta bir dəfə 189’dan istifadə zamanı başıma gələn maraqlı əhvalat haqda yazı da yazmışdım :) / 3 gün 2 saat (Bir taksi əhvalatı) /

Bәs Uber “189”a vә ya bazarda olan digәr taksi xidmәtlәrinә rәqib kimimi gәlib? Xeyr. Әn azı hazırda istifadәyә verdiyi bahalı “UberBLACK” xidmәti haqda bunu iddia etmәk olmaz. Çünki UberBLACK yalnız lüks avtomobillәr tәklif edir ki, bu avtomobilәri dә Uber’in tәklif etdiyi qiymәti baha hesab etmәyәn şәxslәr mütәmadi, qiymәti baha hesab edәnlәr isә xüsusi günlәrdә, xüsusi görüşlәrә, tәdbirlәrә gedәn zaman sifariş edәcәk. Bununla da UberBLACK’in öz müştәri dairәsi formalaşacaq.

Dünyada daha çox istifadә olunan, xidmәt haqqı da UberBLACK’a nisbәtdә daha ucuz olan “UberX” Bakıda fәaliyyәtә başlayanda rәqabәtdәn, bazar payından danışmaq olar.

İstәnilәn halda, belә bir “startup”ın Azәrbaycanda fәaliyyәtә başlaması müsbәt haldır. Bu, digәr online taksi xidmәtlәrinin vә ümumilikdә startup ekosisteminin inkişafına sәbәb olacaq.

P.s. Hər biriniz UberBLACK xidmətini pulsuz yoxlaya bilərsiniz! Uber’də qeydiyyatdan keçin və promo-kod “HELLOBAKU” yazaraq ilk sifariş üçün 20 AZN balans əldə edin! :) Qeydiyyatdan keçmək üçün bank kartınız olmalıdır.

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev