UEFA klub reytinqində Azərbaycan Ermənistan və Gürcüstanı 2 dəfə qabaqlayır – CƏDVƏL

Qafqaz ölkələrini qabaqladığımız azsaylı göstəricilər içində futbol klublarımızın nəticələri əhəmiyyətli yer tutur. Son illər “Qarabağ” və “Qəbələ” klublarının ardıcıl uğurları, “Neftçi”, “Kəpəz”, “İnter” klublarının 1 və ya 2 mərhələ keçməsi ölkəmizin reytinqini stabil şəkildə artırmaqdadır.

Hollandiyanın Kassiesa.home.xs4all.nl adlı bir saytı var. Yalan olmasın, bəlkə 15 ildir bu saytın məlumatlarını izləyirəm. Avrokuboklardakı oyunlar başa çatan anda reytinq açıqlanır. Klubların, ölkələrin müxtəlif kateqoriyalar üzrə reytinqinə baxa bilirsən (Onu deyim ki, nəticələri UEFA’nın rəsmi statistikalarından ilə biraz fərqlənir).

Saytda açıqlanan statistikalardan biri də klubların göstərdiyi nəticələrə görə Avropa ölkələrinin reytinqidir. Burada həm ölkənin ümumi reytinqinə (son 5 ildəki göstəricilərə əsasən), həm də bir ildəki nəticələrə əsasən olan reytinqə baxmaq olur.

Aşağıda gördüyünüz cədvəldə Azərbaycan, Gürcüstan və Ermənistanın bir ildəki nəticələrə əsasən olan reytinqinin son 10 ildə necə dəyişdiyini görə bilirsiz:

grey - UEFA klub reytinqində Azərbaycan Ermənistan və Gürcüstanı 2 dəfə qabaqlayır - CƏDVƏL

 

Cədvəldən göründüyü kimi 10 il öncə qonşularından geri qalan Azərbaycan, 2011/12 mövsümündəki enişi nəzərə almasaq, hər il biraz daha yaxşı nəticələr əldə edən klublarımızın sayəsində stabil olaraq irəriləyib. Davam edən 2016/17 mövsümündəki nəticələrə görə Azərbaycan 54 Avropa ölkəsi arasında 21-ci yerdədir. Doğrudur, Azərbaycanın heç bir təmsilçisi Avrokuboklarda çıxışını davam etdirmir. Amma siyahıda Azərbaycanı izləyən ən yaxın ölkələrin cəmi bir təmsilçisi yarışları davam etdirir ki, onların da böyük nəticə göstərib, Azərbaycanı keçmək ehtimalı olduqca azdır.

Azərbaycan siyahıda Polşa, İsveç, Rumınya, Serbiya, İrlandiya, Finlandiya, Sloveniya, Slovakiya, Norveç kimi ölkələri geridə qoyur.

Qonşularımız Gürcüstan və Ermənistan isə klub səviyyəsində bizdən çox-çox geridədirlər. Bəzi illərdə Ermənistanın 4 klubunun hamısı elə ilk mərhələdəcə məğlub olub, yarışı tərk edirlər. Azərbaycanı təmsil edən 4 klubun isə hamısının ilk mərhələni keçməsi adi hal alıb. Son 3 ildə “Qarabağ”, son 2 ildə isə “Qəbələ” bütün seçmə mərhələləri keçərək Avroliqanın qrup mərhələsində mübarizə aparıb. Hətta “Qarabağ” klubu iki dəfə qrup mərhələsini keçib, play-off’a çıxmağa da yaxın olub.

Klublarımızın növbəti ildə nəhayət ki, qrup mərhələsini keçməsini gözləyirik!

 


 

İdman kateqoriyasında maraqlı ola biləcək digər yazılarım:

 

 

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Sharing is caring!

Post Author: Orxan Rzayev