Aeroport әmәkdaşlarımız vә Qulaq-burun-boğaz hәkimi (ABŞ gündәliyi #1)

Dekabrın 2-si gecә ABŞ a yola düşdüm. Mәqsәd 6-7 dekabr tarixlәrindә Dallas’da keçirilәcәk “Digital Summit”dә iştirak vә bir neçә biznes görüşü keçirmәkdir.


Pәncәrә kәnarı

Tәyyarә biletlәrini internetdәn tәlәsik almışdım deyә hәr hansı problem çıxma ehtimalına görә Aeroporta 2 yox, 3 saat öncәdәn getdim. Demәk, ilk sürprizi mәnә biletimi verәn aeroport әmәkdaşı etdi. Soruşdu ki, pәncәrә tәrәfdәn verim? Mәn dә dedim ki, olsa yaxşı olar. Biletlәri çap etdi, verdi vә dedi ki, hәr ikisi (Bakı-Doha, Doha-Nyu York) pәncәrә tәrәfdir (F). Mәn dә tәşәkkür etdim, yola düşdüm. Bakıdan Dohaya hәr şey ok idi, Doha-Nyu York tәyyarәsinә minәndә sürpriz: tәyyarә 6 oturacaqlı (xxx xxx) yox, 10 oturacaqlıdır (xxx xxxx xxx) vә mәnim yerim pәncәrә tәrәfdә yox, orta hissәnin ortasında idi. Sağımda vә solumda Hindistandan iki yaşlı xanım! Buyurun, 13 saatlıq uçuş başlayır 🙂

(Amma xanımların hәr ikisi sәliqәli, tәmiz geyinmişdilәr, elә dә çox söhbәt etmәsәk dә, intelektual insan olduqları hiss olunurdu. Ümumi olaraq uçuş rahat keçdi).

Qulaq burun boğaz hәkimi

Aeroporta mәndәn başqa tez gәlәn bir nәfәr dә var idi: Malayziyalı Aişa. Tәyyarәni gözlәmә qapısına yaxınlaşanda gördüm aeroport әmәkdaşı orta yaşlı bir bәy hәmin bu xanıma “Telefon zaryatka, zaryatka” deyib әli ilә irәlini göstәrir, xanım isә anlamır tәbii ki. Yaxınlaşdım, izah etdim, dedi ki, telefonun enerjisi doludur, ehtiyac yoxdur.

Aişa xanımın burnu sarğıda idi, soruşdum ki, nәdir bu? Vә tәәccüblәndiyim cavab eşitdim. Deyir ki, burnumu әmәliyyat etdirmәk üçün gәlmişdim. Bakıdakı hәkimlәr daha yaxşıdır deyә Malayziyadan bura gәldim әmәliyyat üçün. Vә Instagramını açıb onu әmәliyyat edәn hәkimin profilini göstәrdi:

Cavid İsmayılov! Bunu görәndә hәddәn çox sevindim. Adam Malayzyadan Bakıya gәlir әmәliyyat üçün. Cavid İsmayılovun adını eşitmişdim, bunu görәndә ürәyimdә “Әhsәn!” dedim.

Qatar Airways

İlk dәfә idi ki, 13 saatlıq uçuş hәyata keçirdim. Yola düşmәzdәn öncә düşünürdüm ki, bu qәdәr vaxtı tәyyarәdә nә edәcәm?! Amma inanın, bu 13 saatlıq uçuş әksәr 3-4 saatlıq uçuşdan daha rahat keçdi. Qatar Airways’lә ilk dәfә uçurdum, xidmәti vә tәyyarәnin şәraiti çox xoşuma gәldi. AZAL vә Turkish Airlines’dan daha rahatdır mәncә.

Әsrarәngiz Doha

ABŞ istiqamәtindә gedәrkәn Qәtәrin paytaxtından tranzit olaraq sürәtli keçdik deyә şәhәri görmәdim amma qayıdanda şәhәri görmәk üçün 2-3 saatım olacaq. Şәhәri görməsәm dә tәyyarәdәn gecә mәnzәrәsini gördüm. Möhtәşәm idi. Çox parlaq vә gözәl bir gecә görünüşü var idi şәhәrin.


Davamı növbəti yazıda

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.