
Elon Mask – Tvitter qalmaqalında yeni məlumatlar üzə çıxıb, hansı ki, bu faktlar Maskı və onun komandasını “fırıldaqçı” kimi dünyaya təqdim edə bilər (Bu, Maskın vecinədirmi? O ayrı mövzudur).
Bir neçə ay öncə Tvitter platformasını 44 milyard dollara alacağını elan edib, bu mövzunu hər kəsin dilinə salan “trend adam” daha sonra Tvitterdə saxta və bot istifadəçi faizinin həddən çox ola biləcəyini (20%-dən yüksək) əsas gətirərək Tvitteri almaqdan geri çəkilmişdi. Business Insider-in dünən yayımladığı xəbərdə bildirilir ki, əslində Tvitterdə, Cyabra analitika şirkətinin məlumatına görə 11%, CounterAction analitika şirkətinin məlumatına görə isə 5.3% saxta və bot profil var. Bu rəqəmlər də Tvitter şirkətinin Elon Maska verdiyi rəqəmə (5% saxta profil) yaxındır.
İşin maraqlı tərəfi odur ki, Tvitteri almaq qərarı verilən zaman saxta/bot profillərin faizini müəyyən etmək üçün yuxarıda adlarını çəkdiyim hər iki analitika şirkətinə sifariş verən məhz Elon Mask olub 😀 Yəni adam deyib ki, gözləyin mən sizə sübutla göstərəcəm ki, saxta profil çoxdur. Amma hər iki şirkət Maska daha aşağı faiz təqdim edib.
İndi şəxsən mənə maraqlıdır ki, Mask əldə etdiyi 5.3% və 11% rəqəmlərindən sonra bütün dünyaya necə elan etdi ki, saxta profil faizi 20%-dən çox ola bilər, buna görə də Tvitteri almaqdan geri çəkilirəm. Yəni adam fikirləşmirdimi ki, necə ki, indi baş verdi, bu analitika şirkətləri real rəqəmləri ictimiaiyyətə açıqlaya bilərlər?!
Çox güman bunu bilirdi. Bəs elə isə bu cür yalan məlumatı qlobal mediaya necə açıqlaya bilir? Yəni ümumiyyətlə heç nə adamn vecinə deyil?! Nə düşünürsünüz?