Facebook-da rekord! Məşhur müğənninin səhifəsində “like” sayı 100 milyonu keçdi

Dünən (18 iyul 2014) Facebook’da rekord qeydə alınıb. Belə ki, məşhur kolumbiyalı müğənni Şakiranın Facebook səhifəsi 100 milyon “like” sayını keçib. Qeyd edək ki, indiyədək yalnız bir səhifə – Facebook’un öz adına olan səhifə 100 milyondan çox (160,8M) like sayına sahib idi. Lakin şəxs olaraq heç kim bu göstəriciyə çatmamışdı. Şakira 100M “fanat sayına” çatan ilk şəxs oldu. Şakiradan sonra bu göstəricini təkrarlaya biləcək namizdələr portuqaliyalı ulduz futbolçu Ronaldo, dünyaca məşhur reper Eminem və müğənni Rihannadır.

Səhifəsinə ən çox “like” toplanan məşhurların TOP 10-luğu:

1. Şakira – 100,2 M

2. Ronaldo – 91,9 M

3. Eminem – 91,8 M

4. Rihanna – 89,1 M

5. Vin Dizel – 81,3 M

6. Maykl Cekson – 76,9 M

7. Keti Perri – 72,5 M

8. Castin Biber – 71,9 M

9. Vil Smit – 69,2 M

10. Bob Marli – 67,6 M

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.