
Bir çox məşhur cizgi filmlərində avtomobilin, hansısa əşyanın, qapının nömrələri A113 kimi qeyd olunur.
Toy Story.

A Bug’s Life.

Nemo.

Cars.

Ratatouille.

Wall-E.

Bütün bunların anlamı var. Belə ki, “A 113″ Kaliforniya İncəsənət İnstitutunun auditoriyalarından birinin nömrəsidir. Hazırda Pixar’da, Disney’də və s. məşhur animasiya şirkətlərində çalışanlar həmin auditoriyanın məzunlarıdır. Buna görə də o İnstituta və o auditoriyaya hörmət əlaməti olaraq cizgi filmlərində A 113 nömrəsindən istifadə edirlər.