
Günü qeyri-adi (olan amma artıq öyrəşməyə başlamalı olduğumuz) xəbərlə açdıq. Nike şirkəti NFT satışından 185 milyon dollar əldə etdiyini açıqlayıb. Loru dildə desək, ayaqqabıdan yox, ayaqqabının şəklini satmaqla qazanıb bu məbləği. Yəni bu NFT-ni alanlar Nike istehsalı olan ayaqqabı və ya hansısa başqa fizik məhsul görmürlər. istifadəçiyə aid olan profildə Nike ayaqqabısının şəklini və ya videosunu, 3D maketini görürlər. Bunu da virtual dünyalardakı avatarlarına geyindirə biləcəklər və ya hansısa online oyunlarda istifadə edə biləcəklər.
İşin maraqlı tərəfi budur ki, demək olar, bütün brendlər bu istiqamətdə yarışırlar. Fiziki, ənənəvi məhsul satışı ilə yanaşı virtual məhsullar satmaqla milyonlar qazanırlar (İngilis dilində xəbərin linki).
Ekspertlərin proqnozuna görə 2027ci ildə bir insan gün ərzində ortalama 5 saat Metaverse’də keçirəcək, növbəti yerlərdə ənənəvi sosial media, oyun və s. gələcək.
Artıq 1 il, 2 il sonra dünya tam fərqli olacaq, zövqlər, ənənələr dəyişəcək, trendlər dəyişəcək. NFT, Metaverse trendindən uzaq qalmamaq üçün Soccer City‘ni izləyin, vaxtında yerinizi almağa çalışın bu ekosistemdə. Artıq bir ilə yaxındır ki, futbol oyun metaverse platformamızı yaratmaq üçün işə başlamışıq.