
Nyu York’da həm istirahət etmək, həm də işləmək üçün əla yer tapmışam
Deməli, siz internet’də Nyu Yorka zirvədən baxmaq üçün kafe/restoran axtarışı versəniz (rooftop new york) ilk sıralarda “230th Fifth” adlı məkan çıxır, xəritəni izləyib, həmin yerə gedirsiz, amma qeyd olunan mərtəbəyə yox, ondan bir mərtəbə aşağı Şəkildə gördüyünüz, sakit və super mənzərəsi olan kafedə vaxt keçirirsiniz.
“230th Fifth” məşhur yer olduğuna görə demək olar həmişə sıxlıq olur, yüksək musiqi, səs-küy… Üstəgəl, kafenin ətrafı (divarları) bağlıdır deyə göydələnləri tam görmək də olmur (sonuncu şəkil).



