
Az öncə dostumuz Ismayil S. Valiyevin Linkedində paylaşdığı, Jeff Bezos’un PMÇ metodu haqda oxudum. Bu barədə ilk dəfə elə bu məqalədə tanış olsam da, illərdir eyni prinsiplə yaşayıram. Ona görə Bezos’la eyni düşünməyim xoşuma gəldi 🙂
2017-ci ildə Eleven Kings’ə başlamaqda məqsəd qurduğum fantastik xəyallara doğru əməli addım atmaq idi.
Bir sadə reallıq var ki, xəyal qurmaq pullu və limitli deyil. Mümkün qədər böyük xəyallar qurmaq lazımdır. Qlobal oyun platforması yarada bilərikmi? Dünyanı dəyişən texnologiyalar yarada bilərikmi? Riyazi, praktiki və s. hesablama aparsaq – Xeyr. Amma nəzəri olaraq baxsaq – Bəli.
Niyə belə qlobal startapa başladığımı soruşanlara deyirəm ki, əgər bu işə başlamasaydım ömür boyu peşmançılığını çəkəcəkdim ki, kaş o vaxt bunu edəydim. Bəlkə də dünyanın ən populyar oyunlarıdan biri olacaqdı, bəlkə də fantastik gəlir, fantastik netvörkinq, əlaqələr gətirəcəkdi. Davamında da bəlkə dünyanı dəyişəcək texnologiyalar yaradacaqdıq.
Bax, bir ömür boyu bunun peşmançılığını, ağrısını çəkməmək üçün bu işə başladım. Bəlkə bu startap uğurlu olmayacaq, bəlkə əksinə, 5 il sonra Jeff Bezos’la Orxan Rzayev’i eyni səhnələrdə görməyə başlayacaqsınız.
Amma nə olursa olsun, böyük düşünmək, böyük xəyallar qurmaq, risk etmək, əziyyət çəkmək, dayanmamaq lazımdır.
Xəyal qurmaq pullu və limitli deyil!